AZ RU EN

Haqqımızda
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI
“KURORT” QAPALI SƏHMDAR CƏMİYYƏTİ


Azərbaycan ərazi və əhali baxımından Cənubi Qafqazın ən böyük dövləti hesab olunur. Uca Qafqaz dağları ölkəni soyuq şimal və qərb küləklərindən qoruyur, relyef və iqlim müxtəlifliyini təmin edir. Vadilər zəngin taxıl, pambıq, tütün, meyvə və tərəvəz məhsulları verir.

Azərbaycan təbiəti mütləq təkrarolunmazlığı ilə seçilir: buranın ucsuz-bucaqsız çöllərində itiayaq zərif ceyranlar qaçır, geniş sahəli tarlalarında sitrus meyvələr, çay, zeytun və zəfəran bitir, çəmən və otlaqları, meşə və yarımsəhraları, sürətli dağlıq çayları və bol sulu Kürü isə camalı ilə göz oxşayır. Çoxsaylı göllər arasında Azərbaycanın mirvarisi adlandırılan Göygölü xüsusilə vurğulamaq labüddür; sözsüz ki, qədim və əsralı Xəzər də nəzərdən düşməz.

Azərbaycanı uzunömürlülər diyarı kimi də məşhurdur. Azərbaycanın yeraltı sərvətlərindən neft, təbii qaz, dəmir filizi, kobalt və uzunu sadalamaq olar. Bura müalicəvi neftin – yəni, naftalanın mövcud olduğu dünya üzrə yeganə yerdir.

Ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı böyük və daima inkişafda olan bir şəhərdir. O, Bakı buxtasını aypara tək əhatəsinə alıb. Evlər isə şəhər üzrə təpə və ucalıqlarda məhəllələrlə səpələnmişdir. Nə qədər yüksək qalxsanız, bir o qədər çox müasir üslubda inşa olunmuş binalar görəcəksiniz. İçərişəhər adlanan şəhərin qədim hissəsi dəniz sahilindən bilavasitə yaxınlıqda yerləşir. Əsrlər keçdikcə, dəniz də İçərişəhərin qala divarlarından geriyə çəkilmişdir. Hal-hazırda o, köhnə şəhərdən Dənizkənarı Milli Park ilə ayrılmışdır. Bakının digər şöhrətli tarixi abidəsi olan Qız qalası (XII əsr) İçərişəhərə yaxın yerləşir.

Bakıda bir sıra muzey, teatr, ali təhsil ocaqları, müxtəlif müəssisələr, mağaza və alış-veriş mərkəzləri – bir sözlə, böyük şəhərə xas olan infrastruktur vardır.

Azərbaycanda kurort mövsümü il boyu davam edir. Minlərlə insan istirahətini ölkə ərazisində yerləşən bir çox sanatoriya və istirahət guşələrində keçirir. Burada onlar rahatlaşır, güclərini bərpa edir, naftalan və digər müalicəvi vannalar, eləcə də Qalaaltı və Sirab mineral sularının vasitəsilə müalicə alırlar, Xəzər sahilində dincəlir, qızıl qumlu çimərliklərdən həzz alırlar.

Sanatoriya və kurort müəssislərinin bir hissəsi həmkarlar ittifaqlarına məxsusdur.

Azərbaycanın xəritəsinə nəzər yetirdikdə, onun göydə süzən bir qartal olduğunu açıqca görmək olar. Xəzər dənizinə dalan qartalın dimdiyi isə Abşeron yarımadasıdır.

İtaliya və Yunanıstan ilə eyni en dairəsində yerləşən Abşeron yarımadası daha yüksək orta illik temperatura malikdir. Qafqaz regionu miqyasında Azərbaycan günəşli günlər (284) üzrə birinci, orta illik yağıntılar üzrə isə sonuncu yerdə qərarlaşıb. Bərk soyuqlar Abşeron üçün qeyri-tipik hava şəraiti hesab olunur; göstərilən ərazidə şaxtalar 10-15 ildən bir müşahidə olunur. Bahar Abşerona artıq mart ayının əvvəllərindən qədəm qoyur. Habelə, yarımada sahillərində çimərlik mövsümü artıq mayda start götürür. Alma, heyva, nar və üzüm nübarları ilə yadda qalacaq payız isə olduqca mülayim keçir.

Beləliklə, bu diyarda hər bir tərəfdən təşrif buyuran minlərlə ziyarətçini cəlb edən sanatoriya və kurortların mövcudluğu qətiyyən təəccüb doğurmur.


“Kurort” səhmdar cəmiyyətində siz putyovkaları (yollayışları) həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesablaşma hesabına müvafiq vəsaiti köçürməklə əldə edə bilərsiniz.

İmtiyazlı şəxslər putyovkaları (yollayışları) əldə etmək üçün növbəti orqanlara müraciət etməlidir:
- İş yeri üzrə həmkarlar ittifaqı komitəsinə və ya fəaliyyət göstərdiyi sahə üzrə müvafiq həmkarlar ittifaqına;
- Yaşayış yeri üzrə rayon/şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə;
- Əlillərin sosial müdafiəsi fondlarına.

“Kurort” Səhmdar Cəmiyyətinin sanatoriyalarına yollayışları nağd ödəniş müqabilində bilavasitə növbəti sanatoriyalarda əldə etmək mümkündür:
- “Bilgəh” kardioloji sanatoriyası ((+99412)4536166, (+99412)4536162)
- “Abşeron” mədə-bağırsaq sanatoriyası ((+99412)4543430, (+99412)4543378)
- “Qaranquş” uroloji sanatoriyası ((+99412)4544478)
- “Günəşli” nevroloji sanatoriyası ((+99412)4543530, (+99412)4542350)
- “Şıx” sanatoriyası (dayaq-hərəkət xəstəliklərinin müalicəsi) ((+99412)5812270, (+99412)5811985)

İstərdik ki, sanatoriyanı tək edərkən hər bir ziyarətçi “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm” söyləsin.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin sanatoriyalarına xoş gəlmişsiniz!